PFM Catering

Öz mətbəximizdən ən keyfiyyətli inqridientlər

Şirkətimizin yaşı az olsa da, peşəkar komandamız 20 ildir qida istehsalı və keytrinq sektorunda fəaliyyət göstərir. PFM olaraq ölkəmizdə ilk dəfə olaraq bu işi sənayeləşdirməyi qarşımıza məqsəd qoymuşuq. Çünki biz sənaye istehsalı ilə mətbəx ləzzətini birləşdirməyi bacarırıq.

Keyfiyyət

Ləzzət və yüksək keyfiyyət  standartlarını stabil saxlamaq üçün hər bir komanda üzvümüzün  peşəkarlığına xüsusi önəm verir, onların öz sahələri üzrə  inkişaf etməsi üçün peşəkar təlimlər keçirik . Dietoloq dəstəyi ilə  müştərilərimizi sağlam çəkinin qorunub saxlanılması, kalori hesablanması  kimi mövzularda elmi yanaşmalara əsaslanan məlumatlarla təmin edirik. Bütün bunların nəticəsi olaraq qurduğumuz mütəşəkkil  tədarük zənciri, peşəkar mətbəx komandası, HACCP prinsiplərinə müvafiq  təhlükəsiz qida istehsalı sistemi əsasında  müştərilərimizi məmnun edən  dəyərlər formalaşdırırıq.

Fəlsəfəmiz

”Bizim üçün yemək sadəcə qarın doydurmaq deyil, bir mədəniyyətdir — həzz almaq mədəniyyəti. Hər bir zəhmətkeş və işgüzar insan iş yerində yediyi yeməkdən həzz almalıdır ki, işinə yüksək əhval-ruhiyyə ilə davam edə bilsin.”