PFM Catering

Furşet

Qərbi Avropasayağı təmtəraqlı şam yeməyinin təşkilindən ibarət olan furşet zamanı stul və kürsülərdən istifadə olunmur, qonaqlar isə məkanda sərbəst şəkildə dolaşaraq bəyəndikləri yeməkləri seçirlər. Furşetlər bir çox tədbirlər zamanı münasib seçim olduğundan, onların təşkili bu gün fəal şəkildə genişlənən fəaliyyət diapazonumuzda yer almaya bilməzdi.  

Furşetlərin hansı məkanda keçirilməsindən asılı olmayaraq, nə təbiət qoynunda çadırlarda, nə ofislərdə, nə studiyalarda, nə də seçdiyiniz digər məkanlarda dekoratorlarımızın seçdiyiniz konsepsiyaya müvafiq bəzədiyi süfrələrin zərifliyinə xələl gəlməyəcəyini sizə vəd verə bilərik.

İşgüzar təqdimatlar, kübar məclislər, tədris forumları — müasir dövrdə bu cür tədbirləri qastoronomik menyularsız təsəvvür etmək çətindir. PFM Catering şirkəti bu tədbirlərinizi səyyar furşetlərlə müşaiyət etməyə hazırdır. 

Furşet formatı zamanı qonaqlar masa ətrafında əyləşdirilmir, qəlyanatıların və çərəzlərin dadına ayaqüstə baxır. Furşet üçün yeməklər adətən furşet masasında və ya qonaqlara mini-qəlyanaltılar, meyvələr, çərəzlər və içkilər təklif edən ofisiantlar tərəfindən sinilərdə təqdim olunur.