PFM Catering

Özəl məclis

Hər bir insanın həyatında böyük əhəmiyyət kəsb edən günlər olur.  Sizin üçün mühüm olan bu  günlərin təşkilinə olduqca məsuliyyətlə yanaşan komandamız, özəl məclislərinizin həm sizin, həm də qonaqlarınız üçün xoş bir xatirəyə çevrilməsi üçün bütün peşəkarlığını ortaya qoyur.  Çünki təzə, dadlı və keyfiyyətli yeməklərin təqdimatından başqa, şirkətimiz həmçinin xüsusi dekorların və qonaqların əyləncəsinin təşkili ilə də məşğuldur..

Özəl məclislərin başlıca xüsusiyyəti odur ki, bu məclislərin xüsusi ab-havası, mövzuya uyğun dekorasiyaları və dəvət olunmuş qonaqların ağız dadına uyğun seçilmiş təamlar heç kəsi laqeyd qoymur. 

Qonaqlara yalnız əylənərək istirahət etmək və məclislərinizdən müsbət enerji ilə ayrılmaq qalır.