PFM Catering

Banket

Banket — təmtəraqlı tədbirlər üçün ənənəvi və ən məşhur qəbul formatıdır. Səyyar keytrinq xidmətimiz sayəsində unikal banketlərin təşkili üçün istənilən məkanı seçə bilərsiniz: loft, təmtəraqlı zallar, terras və s. Komandamız mebeldən tutmuş ofisiantların önlüklərinə qədər bütün detalları incəliklərinə qədər düşünərək məclisinizi “sıfırdan” təşkil edir. Banket zamanı uğurun əsas amili — xidmətdir. PFM Catering tədbir boyunca yüksək səviyyədə və operativ xidmət təqdim edir.  

Banket xidmətinin təşkili ən çox tələbat olan istiqamətlərdəndir. Bu halda keytrinq xidməti qonaqların masa arxasında əyləşdirilməsindən ibarət olur. Tədbir zamanı sadəcə kiçikmiqyaslı furşet yox, müxtəlif yeməklərdən ibarət məclisin təşkili nəzərdə tutulursa, bu variant ən münasib seçimdir.

Banketlərin təşkilini əlaqə nömrəsi vasitəsilə və ya elektron poçt ünvanına sorğu göndərməklə sifariş etmək olar. Bu zaman əhəmiyyət təşkil edən bütün məqamları (tədbirin tarixi, dəvət olunmuş qonaqların sayı, menyu tərcihləri və s.) qeyd etmək tələb olunur. Menecerimiz xidmətin təşkili və xırdalıqları barədə məsələləri müzakirə etmək üçün sizinlə  ən qısa zamanda əlaqə saxlayır.